USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar ucuzlaşır, neft bahalaşır

28.07.2022 İqtisadiyyat
0 0
Cümə axşamı günü neft bir barel $1-dən çox dəyər qazanaraq, əvvəlki sessiyadakı qazancını bir qədər də artırdı. İnvestorlar arasında risk iştahının yaxşılaşması, azalan xam neft ehtiyatları və ABŞ-da benzin tələbindəki artım qiymətləri neftin qiymətlərinə əsas təsiredici amildir.

Kommersant.az az xəbər verir ki, markalı neftin sentyabr fyuçersləri çərşənbə günü $2.22 dəyər qazandıqdan sonra $1.20, yaxud 1.1% bahalaşaraq bir barel üçün $107.82 olub.

ABŞ-ın Qərbi Texas nefti (WTI) əvvəlki sessiyada $2.28 bahalaşdıqdan sonra barreli $1.44, yaxud 1.5% artaraq $98.7 olub.

Analitiklər düşünürlər ki, ötən gün ABŞ FED-nin sədri Cerom Pouel artıq növbəti iclaslarda faiz artımlarının bir qədər yavaşlatmasına işarə etməsi bazarda risk iştahını yüksəldib.

ABŞ Federal Ehtiyat Sistemi inflyasiyanı cilovlamaq üçün gözləntilərə uyğun olaraq uçot faiz dərəcəsini 75 baza bəndi artırdı, bu da dolları rəqibləri qarşısında ucuzlaşdırmağa başladı. Birja artıq qeyd edilən dərəcəyə hazır idi öncədən.

Neftinq iyməti dollarla ifadə edilir. Bu da bir tərəfdən neftin qiymətinə digər ölkələr üçün əvvəlkindən daha aşağı xərcdir. Çünkü dollar əccəlkindən daha ucuzdur. Bu ayrıca qiymətlərin artımına dəstək verir.

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 4.5 milyon barel azalaraq iyulun 22-nə 422.1 milyon barel təşkil edib.

“Citi” bildirib ki, ABŞ-ın xam neft ixracı rekord həddə – 4.6 milyon barelə çatıb. WTI nefti Brent-ə kəskin endirimlə satıldığı üçün ixrac artmaqdadır və bu, ABŞ-dan xam neftin alışını xarici alıcılar üçün daha cəlbedici edir.

G7-nin yüksək vəzifəli rəsmisi çərşənbə günü bildirib ki, “Böyük Yeddilik” ən zəngin iqtisadiyyatları qrupu dekabrın 5-dək Rusiya neftinin ixracında qiymətləri üçün “tavan qiymət” mexanizmini işə salmağı hədəflədiyi üçün qiymətlər də əlavə dəstək tapır.

Bu arada Rusiya Avropa ilə “Şimal axını 1” vasitəsilə qaz nəqlinin gücün cəmi 20%-nə qədər azaldıb. Analitiklərin fikrincə, bu, qazdan xam neftə keçməsi ilə qısa müddətdə neftin qiymətlərini artıra bilər.