USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda koronovirusa yoluxma artdı

27.07.2022 Sosial
0 0
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

"Kommersant.az" xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

İndiyədək ölkəmizdə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2103 aktiv xəstə var. Bu günə qədər 9741 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.