USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tütün məmulatları məcburi nişanlama rüsumundan azad edilir

23.09.2022 İqtisadiyyat
0 0
Azərbaycanda tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunur.

"Kommersant.az"ın məlumatına əsasən, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya xidməti tütün məmulatları istehsal və idxal edənlərə bildiriş göndərəcək.

Həmin müəssisələr bildiriş aldıqları tarixdən etibarən bir ay müddətində tütün məmulatlarına tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunacaq.

Layihədə o da təklif olunur ki, Dövlət Vergi Xidməti qeyd olunan müddətin hər dəfə bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması halını nəzərdə tutsun.

  • Əvvəlki

    İş icazəsi almağı asanlaşdıran yeni viza ilə Britaniyada müddətsiz yaşamaq mümkün olacaq

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0