USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ƏDV üzrə geri qaytarılmalar artırılacaq

23.09.2022 İqtisadiyyat
1 0
2023-cü ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

İclasda Vahid Əhmədov ƏDV-lərin diferensiallaşdırılması təklifi ilə çıxış edib. O, bu sahədə hələ də problemlərin olduğunu qeyd edib.

Samirə Musayeva isə bildirib ki, bu problem dünyada da müşahidə edilir.

“Çünki ortada sui-istifadə halları olur. Alternativ variant budur ki, ƏDV üzrə geri ödənilən məbləğlər artırılsın və bu, nəzərdə tutulub. Burada məqsəd istehlakçıları nağdsız ödənişlərə stimullaşdırmaqdır”, - deyə Samirə Musayeva qeyd edib.