USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mayda “Azərkosmos” xidmət ixracından 1,6 mln. dollar gəlir əldə edib

03.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"Kommersant" “APA-Economics"in məlumatın istinadən xəbər verir ki,, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün sayında qeyd olunub ki, cari ilin ilk 5 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 11 mln. dollar məbləğində gəlir əldə edib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. “2018-ci ilin may ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracın dəyəri 1,6 milyon dollar təşkil edib. “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 5 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir,” – deyə icmalda qeyd olunub.

  • Əvvəlki

    Tanınmış jurnalistə yeni vəzifə verildi - TƏYİNAT

Digər xəbərlər