USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin Rusiyadan neft idxalını 9%-ə yaxın artırıb

24.10.2022 İqtisadiyyat
0 0
Yanvar-sentyabr aylarında Rusiya neftinin Çinə tədarükü illik müqayisədə təxminən 8.8 faiz artaraq 64.25 milyon tona çatıb.

Bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb. Qurumun məlumatına əsasən, bu ilin doqquz ayında ÇXR-in Rusiyadan idxal etdiyi enerji daşıyıcılarının dəyəri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 1.5 dəfə artaraq 44.06 milyard dollar təşkil edib.

Statistikaya görə, Rusiya avqust ayında olduğu kimi, sentyabrda da Çinə neft tədarük edən ölkələr arasında ikinci yeri tutub. Yanvar-sentyabr aylarında ÇXR-ə 49.79 milyard dollarlıq 65.83 milyon ton neft satan Səudiyyə Ərəbistanı bu göstəriciyə görə ilk yerdə qərarlaşıb.

  • Əvvəlki

    Azərbaycan Türkiyədən insansız zirehli maşın almaq istəyir

Digər xəbərlər