USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ümumdünya böhranı qayıdır - Analitiklərdən proqnoz

04.07.2018 İqtisadiyyat
0 0
Rus analitikləri 1998-ci ildə baş vermiş ümumdünya böhranının yenidən ola biləcəyini bildiriblər.

"Kommersant" xəbər verir ki, 1997-1998-ci ildə baş verən ümumdünya böhranı təkrar oluna bilər. Amma çətin ki, bu hadisə son 1-2 ildə baş versin. Rus eksperti Sergey Drozdov açıqlamasında bildirib ki, Amerika Mərkəzi Bankının ekspertləri aparılan tədqiqatlar nəticəsində Asiyanın iqtisadi böhran yaşadığını, Rusiyada defoltların qeydə alındığını bildirərək 1998-ci ildə baş verənlərin təkrarlanma ehtimalı olduğunu söyləyiblər. Drozdov ABŞ ekspertləri ilə razılaşdığını və təhlil edilən onilliklərdən doğru hesabatlar alındığını bildirib.

O, açıqlamasında, "Əgər böhran ərəfəsində xammalın sürətlə inkişaf etdiyini və neft qiymətlərində artım olduğunu nəzərə alsaq, görərik ki, bu vəziyyət hazırda hökm sürür. Amma hələ ki, narahat olmağa ehtiyac yoxdur. Çünki bu proses bu il baş verməyəcək. Mən belə düşünürəm ki, Amerika bazarı bu ili yüksək gəlirlə başa vuracaq. Gələn ildən isə vəziyyət dəyişəcək.

Həmkarlarımdan fərqli olaraq bunu da vurğulamaq istəyirəm ki, neftin qiyməti 85 dollardan çox, 90, hətta 100 dollar səviyyəsinə qalxa bilər. Və dəyişim yüksək ehtimalla İranın hesabına olacaq. Bu gün gedən bütün proseslər, dünya ölkələri tərəfindən həyata keçirilən tədbirlər onu göstərir ki, hökumət rəhbərləri də "son"un yaxınlaşdığının fərqindədirlər.

Əgər qlobal böhran baş verərsə, Rusiya tənəzzülə daha dövlətlərdən olacaq"", - deyə bildirib.