"Kommersant" xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Bu gün "SOCAR Petroleum" Bakı-Hövsan yolunun başlanğıc hissəsində, "Baku-Bus" MMC-nin yaxınlığında CNG məntəqəsini istifadəyə verib:
"Bununla da şirkət Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi CNG satışına başlayıb".
Yanacağın bir kubmetri 0,45 manat təşkil edir.
Bildirilib ki, avqust-sentyabr aylarından başlayaraq Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsindəki, Xətai rayonu, Babək prospektidəki, Nobel prospektindəki, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfindəki yanacaqdoldurma məntəqələrində CNG satışı həyata keçiriləcək. Cari ilin sonunadək bu sıraya Bibiheybət məscidinin yanındakı, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Qazax yolunun sağ tərəfindəki, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Ələt yolunun sol tərəfindəki, Bakı-Quba yolunun 28-ci km-dəki, yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqələri də əlavə olacaq.
Digər xəbərlər

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 36%-ə yaxın artıb

ING 2028-ci ilə qədər Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını bölüşüb
