USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yanvarın 1-dən dövlət köhnə maşınları almağa başlayır - Təkliflər nə olacaq?

23.11.2022 İqtisadiyyat
0 0
Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran maşınlar utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara yeni avtomobil almaları üçün şərait yaradılacaq.

"Kommersant.az" xəbər verir ki, ölkədə köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.

Belə ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub.

Layihə nəticəsində yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələri utilizasiya ediləcək, yollarda şütüyən köhnə avtomobillər isə mərhələli şəkildə yeniləri ilə əvəzlənəcək. Bildirilir ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.

Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəkləridir. Məsələnin aktuallığını nəzərə alaraq Baku.ws Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən, “Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi” istiqamətində işlər davam etdirilir:

“Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.

Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulub.

Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək”.

  • Əvvəlki

    İngiltərə Bankı növbəti iclasda faizləri 50 baza bəndi artıracaq

Digər xəbərlər