USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2023-cü il dövlət büdcəsində ƏDV üzrə mədaxil artırılır

05.12.2022 İqtisadiyyat
1 0
Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində ƏDV üzrə mədaxil 32 146 000,0 manat artırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcəyə dəyişikliklər müzakirə edilib.

Dəyişikliyə əsasən, dövlət büdcəsində nəzərdə tutulan ƏDV üzrə mədaxil 32 146 000,0 manat artırılaraq 6 042 446 000,0 təşkil edir.

Bununla yanaşı Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi üzrə mədaxil 32 146 000,0 manat artırılaraq 3 228 146 000,0 manata çatdırılır.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər üzrə mədaxil isə 4 750 000,0 manat artırılaraq 176 750 000,0 manat təşkil edəcək.

Ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq edilir.

Müzakirələrdən sonra büdcə üçüncü oxunuşda plenar iclasa tövsiyə edilib.

  • Əvvəlki

    2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0