USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır

05.12.2022 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri və xərclərinin hər biri 53 milyon manat artırılır.

"Kommersant.az"ın xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcəyə dəyişikliklər müzakirə edilib.

Büdcəyə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq olunur.

Müzakirələrdən sonra büdcə üçüncü oxunuşda plenar iclasa tövsiyə edilib.