USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan energetika sektorunun inkişafı üçün beynəlxalq təcrübədə maraqlıdır

06.07.2018 İqtisadiyyat
0 0
Energetika Nazirliyində Avropa İttifaqının EU4Energy Proqramının dəstəyi, Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin və bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə uzunmüddətli enerji strategiyası üzrə yeni metodologiyanın hazırlanmasına dair iclas keçirilib.

Nazirlikdən "Kommersant"a verilən məlumata görə, energetika nazirinin müavini Samir Vəliyev enerji strategiyasının bəzi inkişaf etmiş ölkələrdə dövlətin uzunmüddətli strateji proqramlarından biri kimi qəbul olunduğunu bildirib. Qeyd edilib ki, yeni texnologiyaların inkişafı, artan enerji tələbatının ödənilməsində enerji təhlükəsizliyinin rolunun güclənməsi dövlətlərdən öz enerji strategiyalarını dəyişən tələblərə uyğun qurmalarını tələb edir. Nazir müavini bu sahədə xarici ölkələrin təcrübəsinin öyrənilməsini vacib sayıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin energetika məsələləri üzrə müşaviri Erik Somelar məqsədlərə çatmaq üçün birgə işləməyin vacibliyini vurğulayıb.

Sonra EU4Energy layihəsi üzrə ekspert İlka Levinqton Avropa Birliyi və Şərqi Avropada enerji strategiyasının hazırlanması ilə bağlı bəzi ölkələrin təcrübəsindən bəhs edən təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycan bu təcrübəni özü üçün təhlil etməli, energetika sektoru üzrə uzunmüddətli strategiyanın hazırlanmasına dair nəzərdə tutulan addımları, hədəf və baxışları müəyyənləşdirməlidir.

Tədbirdə həmçinin enerji strategiyası üzrə yeni metodologiyanın hazırlanması üçün qarşıda duran vəzifələr, hər bir sektor üzrə 2030-cu ilə qədər əsas məqsəd və göstəricilərin təqdim edilməsi, planlaşdırılan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

  • Əvvəlki

    Neft və Sənaye Universitetində yeni - TƏYİNAT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0