USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazaxıstan Almaniyaya neft ixrac edə bilər

30.12.2022 İqtisadiyyat
0 0
Qazaxıstanın “KazTransOil” şirkəti Almaniyaya neft ixrac edə bilər.

Bu ölkənin şirkəti Almaniyaya “Drujba” kəməri ilə neft tranziti üçün Rusiyanın “Transneft” şirkətinə müraciət etdiyini təsdiqləyib.

Bildirilib ki, “KazTransOil” 2023-cü ildə 1,2 milyon ton Qazaxıstan neftinin “Transneft”in magistral kəmərlər sistemi ilə Almaniyaya nəqli üçün müraciət göndərib.

Xatırladaq ki, bir müddət əvvəl “KazMunayQaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi Nazirliyinin dövlət katibi Mixael Kelnerlə danışıqlardan sonra bildirmişdi ki, şirkət 2023-cü ilin yanvarında Almaniyaya neftin sınaq partiyasının göndərilməsi imkanını nəzərdən keçirir.