USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED rəsmisindən faiz artımı mesajı

21.01.2023 İqtisadiyyat
0 0
ABŞ Federal Ehtiyat Sisteminin (Fed) İdarə Heyətinin Üzvü Kristofer Valler mövcud məlumatları nəzərə alaraq, "Növbəti iclasda 25 bəndlik faiz artımının tərəfdarıyam" dedi.

FED-in pul siyasətini sərtləşdirməsindən təxminən 1 ilə yaxın vaxt keçdiyini deyən Valler, inflyasiyanın 2 faizlik hədəfə endirilməsi üçün faiz artımlarının edildiyini xatırladıb. Faiz artımlarının məqsədinin tələbi və iqtisadi aktivliyi yavaşlatmaqla inflyasiyadakı enişi dəstəkləmək olduğuna diqqət çəkən Valler, bunun bəzi sektorlarda və istehlak xərclərində özünü göstərdiyini bildirib.