USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ölkə iqtisadiyyatı monopoliyadan azad edilməlidir" - İqtisadçıdan təkliflər

23.02.2023 İqtisadiyyat
14 1
Qlobal qiymət artımı Azərbaycan bazarından da yan ötməyib. Az qala bütün sahələrdə bahalaşma hiss olunur. Bəs qiymət artımının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Artım hansı amillərdən asılıdır? Bu prosesdə hökumətin yürütdüyü siyasət nədən ibarət olmalıdır?

Kommersant.az xəbər verir ki, məsələni iqtisadçı-ekspert Vahid Məhərrəmovla müzakirə etdik.

Vahid Məhərrəmov bildirib ki, ümumiyyətlə qiymət artımının qarşısını iki amil ala bilər:

"Birincisi istehsalın yetərincə olmasını təmin etmək lazımdır. Yəni əhalinin tələbatına, beynəlxalq normaya uyğun kənd təsərrüfatı, ərzaq məhsulları istehsal edilməlidir. İkincisi isə bəzi sahələr var ki, monopoliyadan azad edilməlidir. Yəni, ölkədə hansısa məhsul çatışmazlığı baş verəndə bu işlə məşğul olan istənilən sahibkarın gedib xarici ölkədən mal gətirərək, situasiyaya uyğun olaraq qiymət müəyyən etməsinə şərait yaratmaq lazımdır. Yəni bazarda qiyməti təklif-tələb müəyyən edəcək".

Ekspert qeyd edib ki, bəzi sahələrdə inhisarçılığın aradan qaldırılması ona görə vacibdir ki, rəqabət mühiti yaransın. Rəqabət mühiti olarsa, heç kim vəziyyətdən sui-istifadə edə bilməyəcək:

"Əgər yetərincə məhsul istehsal edilmirsə, imkan vermək laızmdır ki, sahibkarlar gedib ucuz məhsul alıb gətirsin və normal qiymətə satsın".

Dövlətin bu məsələyə nəzarətindən də danışan ekpert bildirib ki, inzibati qaydalarla məhsulun qiymətini tənzimləmək mümkün deyil:

"20 ildən çoxdur mətbuatda deyilir ki, "hökumət buna nəzarət etməlidir", "hökumət qarşısını almalıdır". Bu səhv yanaşmadır. Əksər ölkələrdə bazardakı qiymətlərin aşağı endirilməsində hər hansı bir xüsusi mexanizm tətbiq edilmir. Çünki bunun nəticə verə biləcəyini düşünmürlər".

Vahid Məhərrəmov bildirib ki, ölkədə həm də daxili istehsalın həcmi artmalıdır. Daxili istehsalın artımı həm də daxili bazarın təmin edilməsi deməkdir:

"Məhsulun həcmi artmayanda, ticarət obyektlərinin sayı artanda, ticarətlə məşğul olan sahibkarlar istəyirlər ki, daha çox qazansınlar. Məsələ orasındadır ki, müştərinin də sayı artmır. Ona görə də bahalaşma təbiidir. O vaxt qiymətlər ucuzlaşar ki, bu məhsulların istehsalı çoxalar, ancaq ticarət obyektlərinin sayı az olar. Bizə elə gəlir ki, ticarət obyektləri çox olduqca məhsulun qiyməti ucuzlaşacaq".

  • Əvvəlki

    Bayden Zelenskini Rusiya ilə sülh danışıqlarına məcbur etməlidir

Digər xəbərlər