"ABŞ prezidenti Co Bayden Rusiya ilə sülh danışıqları aparmaq üçün Vladimir Zelenskiyə təzyiq etməlidir"
Bu yazıyla ABŞ mediası gündəmi dəyişib:
"Bayden siyasətini kəskin şəkildə dəyişməlidir. Ukraynaya tam dəstək vermək əvəzinə, o, Vladimir Zelenski hökumətinə Rusiya ilə bağlaya biləcəyi ən yaxşı sülh sazişini müzakirə etmək üçün təzyiq göstərməlidir. Belə bir razılaşma, şübhəsiz ki, Ukraynanın NATO-dan imtina etməsini tələb edəcək və üzvlük ambisiyaları, eyni zamanda Krımın Rusiyanın bir hissəsi olduğunu qəbul etməsi ilə nəticələnəcək".
Materialda Ukraynaya Vaşinqton və Londondan gələn dəstək nəticəsində qan tökülməsinin və dağıntıların daha da artması göstərilib.