USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal bazarlarda risk gözləntiləri artıb

01.03.2023 İqtisadiyyat
10 1
Qlobal bazarlarda pul siyasəti ilə bağlı qeyri-müəyyənliklər davam edərkən, Çində koronavirus (Kovid-19) epidemiyasından əvvəlki səviyyələrə qədər olan iqtisadi aktivlik risk gözləntilərini artırıb.

Makroiqtisadi məlumatlar, xüsusən də qərb iqtisadiyyatında inflyasiya pul siyasətindəki "şahin duruş"un nə qədər davam edəcəyini proqnozlaşdırmaqda çətinlik yaratmağa davam edir.

ABŞ-da dünən açıqlanan makroiqtisadi məlumatlar iqtisadi aktivliyə dair qarışıq siqnallar verməyə davam edib. Konfrans Şurasının məlumatlarına görə, ölkədə istehlakçıların 12 aylıq inflyasiya gözləntiləri 6,7 faizdən 6,3 faizə enib.

Sözügedən azalmaya baxmayaraq, ABŞ-da inflyasiya gözləntilərinin hələ də kifayət qədər yüksək olduğunu qeyd edən analitiklər, əmək bazarından gələn yavaşlama siqnallarının əhəmiyyətinin günbəgün artdığını bildirib.

Keçən həftə ölkədə resessiya qiymətlərinin əhəmiyyətli dərəcədə zəiflədiyini qeyd edən analitiklər bazarlarda “yumşaq eniş” ehtimalının da bir ehtimal kimi qiymətləndirildiyini bildirdi.

Analitiklər, FED-in pul bazarlarında qiymət təyinatında faiz dərəcələrini 75 baza bəndi artıracağına əmin olduğuna diqqət çəkərək, mart, may və iyun aylarında keçiriləcək iclasda artımların 25 baza bəndi şəklində edilməsinin gözləndiyini xatırladıb.

  • Əvvəlki

    "Bitcoin"ə Çin dəstəyi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0