USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bitcoin"ə Çin dəstəyi

01.03.2023 İqtisadiyyat
2 0
Dəyərini 23 min dollar səviyyəsində saxlamağa çalışan Bitcoin-ə dəstək Çindən gəldi. Bitcoin səhər saatlarında sürətli yüksəlişlə 23 min 840 dollara yüksələrkən, 1600 dollar dəstəyini saxlayan Ethereum 1650 dollardan alıcılarını tapıb.

Bitay Araşdırma Şöbəsi Analitiki Betül Yavuz bazarın son 24 saatını qiymətləndirib. Yavuzun qiymətləndirməsi belədir:

“ABŞ-da dünən açıqlanan istehlak inamı indeksi və mənzil qiymət indekslərindəki proqnozlar iqtisadi yavaşlamanın davam etdiyini və bazarlarda risk iştahını aşağı salındığını göstərib. Bitcoin 23.000 dollarlıq dəyəri saxlamağa çalışarkən Çindən də dəstək alıb. Bir müddətdir Covid-19 ilə mübarizə aparan və iqtisadi aktivliyini normal gedişində saxlaya bilməyən Çində istehsal və xidmət sektorunun sürətli canlanma siqnalı bazarlara müsbət görünüm verib. Altkoinlərdə yeni günə baxış müsbətdir. RIF, REN, ILV və BADGER yeni gündə ikirəqəmli qazancları ilə Bitayda ən çox yüksələn kriptovalyutalar kimi seçilir".

  • Əvvəlki

    İran iki alman diplomatı ölkədən çıxarıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0