USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Martdan sonra Avropada faiz dərəcələri artmalıdır

02.03.2023 İqtisadiyyat
8 3
Almaniya Mərkəzi Bankının (Bundesbank) prezidenti və ECB üzvü Yoahim Nagel Avropa Mərkəzi Bankının mart ayından sonra ciddi faiz artımı etməli olduğunu bildirib.

Bundesbank prezidenti və ECB üzvü Joachim Nagel bildirib ki, Avropa Mərkəzi Bankının mart ayından sonra hələ də əhəmiyyətli dərəcədə faiz artımına ehtiyacı ola bilər və inadkar yüksək inflyasiya ilə mübarizə aparmaq üçün böyük həcmli istiqraz portfelinin ləğvini sürətləndirməlidir.

Nagel, enerji qiymətlərindəki son enişlərin yaxın perspektivdə inflyasiyaya kömək edə biləcəyini, lakin orta müddətli perspektivdə heç bir təsirinin olmayacağını və qiymət artım tempinin ECB-nin 2 faizlik hədəfinin üzərində ilişib qalma riskini ifadə edib.

Nagel çıxışında "Mart ayı üçün açıqlanan faiz addımı sonuncu olmayacaq. Digər mühüm faiz addımları da lazım ola bilər" dedi.

Bazarlar hazırda 2,5 faizlik depozit faizinin ilin sonuna doğru 4 faiz ətrafında zirvəyə çatacağını gözləyir ki, bu da mart ayından sonra daha 100 baza bəndi artım deməkdir.

Nagel bildirib ki, faiz dərəcələri zirvəyə çatdıqda, ECB inflyasiyanın 2 faizə qayıdacağına əmin olana qədər yüksək səviyyədə qalmalıdır.

"Bunun da əsas inflyasiyada əks olunması lazımdır. Bu baş verməyincə, faiz dərəcələrinin aşağı salınması mümkün deyil", - Nagel bildirib.

"Almaniya iqtisadiyyatı yavaşlayacaq".

Çıxışında Almaniya iqtisadiyyatı ilə bağlı da açıqlamalar verən Nagel, 2023-cü ildə Almaniya üçün inflyasiyanın yüzdə 6-7 arasında olmasını gözlədiyini söyləyib.

Avropanın ən böyük iqtisadiyyatının 2023-cü ilin ilk rübündə daralacağını ifadə edən Nagel, ikinci rübdə mərhələli bir canlanma olacağını söyləyib.

2024 və 2025-ci illər üçün inflyasiya proqnozlarını açıqlayan Nagel, Almaniyada inflyasiyanın önümüzdəki 2 ildə 2 faizdən çox ola biləcəyini ifadə edib.

  • Əvvəlki

    ABŞ-da çip təşviqi alan şirkətlər mənfəətlərini bölüşəcək

Digər xəbərlər