USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank "Bank BTB"ni "quyunun dibinə atır"

02.03.2023 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) necə deyərlər, “Bank BTB”yə gün verib işıq vermir. Bankın müflisləşməsi üçün əlindən gələni edən Mərkəzi Bank “Bakının Ticarət Bankını” sözün əsl mənasında "qaranlığa qərq edərək batmasını seyr edir".

Kommersant.az xəbər verir ki, Azərbaycanda qəribə “qanunlardan” biri də məmurun tutduğu vəzifədən ayrılması ilə sahib olduğu bankın lisenziyasını əlindən almaqdır. Məsələn, Ziya Məmmədov – Bank of Azərbaycan, Yusif İldırımzadə - Amrah Bank, Fazil Məmmədov – Ata Bank və s.

“Bank BTB” isə Ramiz Mehdiyevin gəlininin bankıdır. Buna görə də bankın lisenziyasının ləğvi birmənalı olaraq gözləniləndir. Lisenziyanın ləğv edilməsi üçün isə qanun çərçivəsində “don geyindirmək” lazımdır. Buna görə də “Bank BTB”nin mövcud lisenziyasını qanunla əlindən almaq lazımdır. Lisenziyanın ləğvi üçün də bankın müflis elan olunması vacibdir.

“Bank BTB”nin xalq dilində desək bağlanması üçün cəmi 3 milyon 772 min manatlıq kapital itkisi olmalıdır. Banklar haqqında qanunun 3.2. maddəsinə görə, bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat məbləğindən az olmamalıdır. Bundan başqa bankın yığılmış zərəri 19 milyon 402 min manat olub. 2022-c ilin sonunda bankın xalis zərəri 4 milyon 975 min manat təşkil edib.

Yəni, bankın müflis elan olunması üçün bütün addımlar atılır və necə deyərlər bankın çıxılmaz vəziyyətə düşməsi üçün aparılan siyasət uğurla davam etdirilir.

Qeyd edək ki, “Amrah Bank”ın lisenziyası ləğv olunmadan öncə səhmdar vəsaiti Bəhreyndən banka daxil olacaqdı. İldırımzadə ailəsinin vəzifədən getməsi ilə bu vəsaitin Bakıya gəlib çıxmasına əngəllər yarandı. Nəticədə bank müflis oldu və AMB tərəfindən lisenziyası əlindən alındı. Bu siyasət “Bank BTB” üçün də aparılır və necə deyərlər vaxtı çatanda AMB tərəfindən “Bank BTB”yə inzibatçı təyin olunacaq.