USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Antalyaya turist axını - REKORD SƏVİYYƏ

02.03.2023 İqtisadiyyat
20 3
Yanvar və fevral aylarında Antalyaya hava yolu ilə gələn xarici turistlərin sayı rekord il hesab edilən 2019-cu ilin göstəricilərini üstələyib. Antalyaya ən çox turist göndərən ölkələrin sıralamasında isə 132 min 74 turistlə Rusiya birinci olub. Rusiyanı 79 min 797 turistlə Almaniya, 40 min 10 turistlə İngiltərə izləyir.

Şəhər bu il bütün zamanların ən yaxşı qış mövsümünü yaşayır. Dənizi, qumu, günəşi, tarixi və təbii gözəllikləri, mədəni strukturları və qədim şəhərləri ilə turistlərin diqqət mərkəzində olan Antalya yeni rekord qırmağa davam edir.

Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, 1 yanvar - 28 fevral tarixləri arasında şəhəri hava yolu ilə ziyarət edən turistlərin sayı 450 min 283 olub. Turizmin ən yaxşı ili olan 2019-cu ildə iki ayda 296 min 344 turisti qəbul edən Antalya bu il 2019-cu ili geridə qoyub. Ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 56 faiz artıb.

Fevral ayında şəhəri keçən ilə görə yüzdə 53 artımla 230 min 635 xarici turist ziyarət edib. Bu rəqəm tarixə bütün zamanların ən yaxşı fevral ayı kimi düşüb.

Antalyaya ən çox turist göndərən ölkələrin sıralamasında isə 132 min 74 turistlə Rusiya birinci olub. Rusiyanı 79 min 797 turistlə Almaniya, 40 min 10 turistlə İngiltərə izləyib.

İki ayda hava yolu ilə şəhərə ən çox turist göndərən digər ölkələr sırasıyla Polşa, İsrail, Qazaxıstan, Hollandiya, Ukrayna, Danimarka və Belçika olub.

  • Əvvəlki

    Qoşulmama Hərəkatının Bakı Zirvəsi: "Bu həm də qlobal mövqeyimizin möhkəmlənməsidir" - AÇIQLAMA

Digər xəbərlər