USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qeyri-həyat sığortası ödənişləri artıb

01.04.2026 İqtisadiyyat
0 0
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 148,332 milyon manat sığorta haqqı toplanılıb.

Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon manat və ya 4,1% azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 9,5 milyon manat və yaxud 25% artaraq 47,664 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-fevral aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,1 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artıb.