USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xarici investorlar mobil rabitə bazarına niyə buraxılmır? - AÇIQLAMA

14.03.2023 İqtisadiyyat
39 4
"Azərbaycan mobil rabitə bazarı ümumiyyətlə qapalı bazardır".

Kommersant.az xəbər verir ki, bunu Azərbaycandakı mobil rabitə bazarı haqqında danışarkən iqtisadçı- ekspert Natiq Cəfərli deyib.

Ekspert qeyd edib ki, mobil operatorla bağlı sahə çox həssas, həm də təhlükəsizliklə bağlı sahə olduğu üçüb qapalı bazardır:

“Yəni burda xarici investorlar yox dərəcəsindədir. Əvvəllər “Azercell”in xarici səhimdarları olub, indi onlar da bazardan çıxıblar. Ölkə bu sahədə fəaliyyət göstərmək istəyən xarici şirkətlər üçün qapalıdır. Yəni bir çox sahədə olduğu kimi bu bazar da bağlıdır. Ona görə də rəqabətli mühit yoxdur. Bizdən daha kiçik olan ölkələrdə belə ən azı 8-10 operator fəaliyyət göstərir”.

Natiq Cəfərli qeyd edib ki, Naxçıvanda fəaliyyət göstərən mobil operatoru saymasaq, cəmi üç operator fəaliyyət göstərir:

“Amma demək olar ki, onlar arasında da rəqabət yoxdur. Hamısı eyni şirkətdir. Aşağı-yuxarı eyni tariflərdir, eyni təkliflərdir. Bu sahədə rəqabətli mühitin olmadığını qəti şəkildə mümkündür".

  • Əvvəlki

    Azərbaycan və Almaniya prezidentlərinin Berlində təkbətək görüşü başlayıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0