USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Almaniya prezidentlərinin Berlində təkbətək görüşü başlayıb

14.03.2023 Siyasət
19 0
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.

Kommersant.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.