USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəyə xarici sərmayənin cəlb edilməsi prioritet olaraq qalır - Vüqar Bayramlı

16.03.2023 İqtisadiyyat
11 3
“Qeyri- neft sektoruna daha çox xarici sərmayənin, xüsusən də innovativ və texnolgiya sahəsində təcrübəsi olan şirkətlərin cəlbi prioritet olaraq qalmaqdadır”.

Kommersant.az xəbər verir ki, bu yeni xarici şirkətlərin Azərbaycana cəlb edilməsi haqqında danışarkən Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib.

Vüqar Bayramov bidirib ki, Azərbaycanda investisiya qoyuluşlarının əhəmiyyətli hissəsi neft sektorunun payına düşür:

“Bu da birbaşa iri şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi ilə bağlıdır. Amma nəzərə alsaq ki, beynəlxalq hesabatlarda, o cümlədən, Dünya İqtisadi Formunun, Dünya Bankının son hesabatlarnda Azərbaycanın mövqeyində, investisiya mühitində yaxşılaşma var. Bütün bunlar növbəti dövrdə yeni investisiyaların qoyulmasına şərait yarada bilər”.

Deputat qeyd edib ki, bu istiqamətdə fəaliyyətlər davam etdirilir:

“Gözlənilir ki, qeyri-neft sektoruna cəlb edilən investisiyanın həcminə təsir göstərilsin. Sözsüz ki, iqtisadiyyatın liberallaşdırılması, ağardılması ilə bağlı islahatların dərinləşməsi vacibdir və bununla bağlı təbii ki, siyasi iradə var. Bu da ondan xəbər verir ki, növbəti dövürlərdə, xüsusi ilə 2022-2026-cı il strategiyasına uyğun olaraq iqtisadiyyatın daha çox ağarmasını və liberallaşdırılmasını müşahidə edəcəyik”.

Vüqar Bayramov onu da vurğulayıb ki, eyni zamanda xüsusilə bölgələrə investisyanın cəlb ediməsi üçün regionlarda investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsini təklif edilir:

“Regionlara cəlb edilən investisiyaların həcminin artırılması çox vacibdir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər bütünlükdə balanslı şəkildə qeyri-neft sektoruna xarici investisiyanın cəlbinə şərait yarada bilər”.

  • Əvvəlki

    Ermənistan qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0
04.11.2024 İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşdı
0 0