USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan xam neft və neft məhsullarının ixracından gəlirlərini artırıb

28.03.2023 İqtisadiyyat
10 0
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 5,175 milyon ton (ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon ton çox) xam neft və neft məhsulları ixrac edilib.

Kommersant.az-ın Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumatına görə, ixracın dəyəri 3,251 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyard dollar çox olub.

Beləliklə, Azərbaycanın xam neft və neft məhsullarının ixracından gələn gəliri illik hesablamada 13,8% artıb.

DGK-nın məlumatına görə, hesabat dövründə Azərbaycanın ümumi ixracatında xam neft və neft məhsullarının payı 71,91% olub.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və üç boru kəməri (Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan) vasitəsilə dünya bazarlarına nəql olunur. Hazırda Bakı-Supsa boru kəmərinin daşınması dayandırılıb.

Bundan əlavə, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.