USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin ABŞ-ı saxtakarlıqda ittiham edir

28.03.2023 Siyasət
11 8
Çin ABŞ-ı demokratiya bəhanəsi ilə dövlətlərə müdaxiləni dayandırmağa çağırır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning keçirdiyi brifinqdə deyib ki, Çin ABŞ-ı qondarma demokratiya bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarışmağı dayandırmağa çağırır.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Moskva BMT-nin baş katibi Antoniu Quterreşin ABŞ-ın təşkil etdiyi “sammit üçün demokratiya" çıxışını, “qeyri-səimi tamaşa”sını tənqid edib. Onun sözlərinə görə, bu 2021-ci ilin dekabrında keçirilən tədbirə bənzər tədbir ABŞ administrasiyasının Vaşinqtonun özünün aparıcı rolu ilə qondarma “demokratik dövlətlər” koalisiyasını yaratmaq üçün konfrans çağırmaq üzrə ikinci cəhdidir.