USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple-ın "indi al, sonra ödə" xidməti

29.03.2023 İqtisadiyyat
19 5
“Apple” şirkəti ABŞ-da “indi al, sonra ödə” xidmətini işə saldığını açıqlayıb.

Texnologiya şirkəti Apple ABŞ-dakı müştərilərinə “Apple Pay Later” xidmətini təklif edib. Açıqlamaya görə, şirkət öz istifadəçilərinə alış-verişlərini sıfır faizlə və əlavə ödənişsiz dörd taksitlə ödəmə imkanı təqdim edəcək.

Sözügedən proqram yaxın aylarda müəyyən istifadəçilərə təqdim olunacaq.

Şirkətin məlumatına görə, istifadəçilər Apple Pay-i qəbul edən müştərilərdən iPhone və iPad-lərdə onlayn və proqramdaxili alışlar üçün 50-1000 dollar arasında kredit əldə edə bilərlər.

Şirkət ABŞ pərakəndə satışlarının 85 faizindən çoxunun Apple Pay-i qəbul etdiyini bildirdi.

  • Əvvəlki

    AB-dən “Rəqəmsal Şengen vizası” addımı

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0
04.11.2024 İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşdı
0 0