USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AK Rusiya neftinin qiymətini şərh edib

30.03.2023 İqtisadiyyat
18 6
Avropa Komissiyasının sözçüsü Daniel Ferri Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Avropa İttifaqı və G7-nin Rusiya neftinin qiymətləri üçün müəyyən edilmiş yuxarı həddə yenidən baxa bilməyəcək.

"Avropa Komissiyası artıq araşdırma aparıb. Biz üzv dövlətlərlə əlaqə saxlayırıq. Hazırda yüksək qiymət səviyyəsini dəyişmək üçün səs çoxluğu yoxdur. G7-də də vəziyyət eynidir", - deyə Avropa nümayəndəsi bildirib.

Qeyd edək ki, qərbin Rusiyaya qarşı neft sanksiyaları 2022-ci il dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ölkələri, Avstraliya və Aİ isə dəniz daşınması zamanı onun hər barreli üçün 60 dollar səviyyəsində qiymət limiti tətbiq edib. Rusiya buna cavab olaraq fevralın 1-dən neftin xaricilərə tədarükünü qadağan edib, əgər müqavilələrdə birbaşa və ya dolayısı ilə marjinal qiymətin müəyyən edilməsi mexanizmindən istifadə nəzərdə tutulursa, qərarlara yenidən baxıla bilər.

  • Əvvəlki

    "Bakının bir çox ərazisi köçürülməlidir" - RAMİL OSMANLI

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0