USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakının bir çox ərazisi köçürülməlidir" - RAMİL OSMANLI

30.03.2023 İqtisadiyyat
22 6
"Bu gün Bakının bir çox ərazilərində köçürmə işlərinin aparılması şəhərsalma baxımından olduqca vacibdir. Bakı şəhərinin mərkəzində istər nəqliyyat infrastrukturu, istərsə də sosial infrastrukturu faktiki olaraq əlverişsizdir”.

Kommersant.az xəbər verir ki, mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı Bakının baş planının hazırlanması, bu planda infrastruktur və sosial obyektlərin yerləşməsi baxımından əlçatanlığı haqqında danışarkən deyib.

Ekspert bildirib ki, Türkiyədəki məlum zəlzələdən sonra ortaya çıxan əsas məsələlərdən biri də köhnə yaşayış fondunun, yəni çox mənzilli yaşayış binalarının köçürülməsi, yerində yeni binaların tikilməsi və ya ordan köçürülən vətəndaşların mənzillə təminatı məsələsidir:

“Buna görə də şəhər mərkəzində kifayət qədər iş var. Həmin binaların müəyyən edilməsi, köçürülməsi və s. ilə bağlı işlər görülməlidir. İnşa olunan tikililərin əksəriyyəti kompleks tipli yaşayış binalardan ibarətdir. Əgər əvvəllər tikinti şirkətləri bir bina tikməyə üstünlük verirdisə, bu da təbii ki, resursların qənaətlə istifadə olunması baxımından idi. İndi kompleks yaşayış massivlərinin sayı daha da çox artıb. Həmin kompleks yaşayış obyektlərində infrastruktur, sosial obyektlərə çox rast gəlirik”.

Ramil Osmanlı bunun səbəbinin tikinti şirkətlərinin vətəndaşları daha çox cəlb etmək üçün onlara rahat şərait yaratmaq istəyi olduğunu qeyd edib:

“Ona görə də tikinti şirkətləri komplekslərdə bu cür obyektlərin tikilməsi üçün addımlar atırlar. Məsələn, kompleksin bir hissəsində, məktəb, bağça tikir, özəl klinika üçün şərait yaradırlar. Bu da infrastruktura əlçatanlıq üçn lazım olan məsələlərdən biridir. Amma düşünürəm ki, ümumiyyətlə mənzil tikinti korperativləri daha çox mənfəət əldə etmək, gəlir götürmək, rəqabətə davam gətirmək üçün bahalı, premium tikintilərə çox maraq göstərirlər. Bu da dövrün tələbidir, ümumi şəraitə uyğun atılan addımdır”.

  • Əvvəlki

    Aİ bərpa olunan enerji hədəflərini artırır

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0