Dövlət xəstəxanaları generator alır - VİDEO AÇIQLAMA

12.07.2018 İqtisadiyyat
Böhran zamanı alıcıların əsas hissəsini dövlət xəstəxanaları təşkil edib

İyulun 3-də ölkənin enerji sistemində yaranan böhran generator çatışmazlığı məsələsini ortaya çıxardı.

Xatırladaq ki, Prezident İlham Əliyev, keçirdiyi müşavirədə metro stansiyalarında ümumiyyətlə generatorların olmamasının acınacaqlı hal olduğunu bildirmişdi.

Mövzunun aktuallığını nəzərə alan "Kommersant", generatorların satış qiymətini araşdırıb.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Azərbaycana generatorlar əsasən Çin və Türkiyədən gətirilir. Məhsulun gücü isə 0,5 kilovatdan 2000 kilovata qədər dəyişir. Generatorların qiymətinə gəlincə, satıcılar məhsulun daim bahalaşdığını bildirdilər. Səbəb kimi isə məzənnə dəyişikliyi göstərildi.

Satıcıların sözlərinə görə, enerji sistemindəki problemdən sonra generatorlara tələbat kəskin artıb. Xüsusilə, böhran zamanı alıcıların əsas hissəsini dövlət xəstəxanaları təşkil edib. Belə ki, onlar həmin ərəfədə mağazadan10-15 generator alıblar.

Video açıqlamanı təqdim edirik:

  • Əvvəlki

    2 toxumtəmizləmə zavodu istifadəyə veriləcək

Digər xəbərlər