USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elon Musk-dan "Twitter" açıqlaması

12.04.2023 İqtisadiyyat
10 6
Elon Musk, Twitter-in son vəziyyəti ilə bağlı, "Xərclərin azaldılması ilə Twitter, demək olar ki, sıfır nöqtəsinə çatdı" dedi.

Kommersant.az xəbər verir ki, Elon Musk, Twitter sosial media şirkəti reklamçılarının əksəriyyətinin geri qayıtması və gərəksiz xərcləri azaltma tədbirlərinin öz bəhrəsini verməsi ilə bağlı danışıb.

Maskın BBC-yə verdiyi məlumata görə, hazırda Twitter-in 1500 əməkdaşı var. Oktyabrdan əvvəl şirkətin 8000 işçisi olub.

Twitter-i alarkən 3 milyard dollarlıq mənfi nağd pul axını olduğunu ifadə edən Musk, inkişaflardan sonra işlər yaxşı getsə, bu rübdə müsbət pul axınının görülə biləcəyini vurğulayıb.