USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iyunda gündəlik 792 min barel neft hasil edib

12.07.2018 İqtisadiyyat
0 0
Azərbaycanda iyun ayı ərzində gündəlik neft hasilatı 792 min barel olub. Bunun 739 min barelini xam neft, 53 min barelini kondensat təşkil edib.

Energetika Nazirliyindən "Kommersant"a verilən məlumata görə, gündəlik 622 min barel xam neft, 53 min barel kondensat, 12 min barel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi iyun ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, gündəlik neft hasilatı bu ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında isə 801 min barel olub.

  • Əvvəlki

    Azərbaycandan gətirilən 19 tona yaxın şaftalı və nektarin Rusiyaya buraxılmayıb

Digər xəbərlər