USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple müştərilərinə yeni xidmət

19.04.2023 İqtisadiyyat
19 6
Apple, kart müştəriləri üçün əmanət depozit hesabları açmaq imkanını təqdim etdi.

Kommersant.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Apple” kart müştərilərinə “Goldman Sachs” bankı ilə birgə əmanət depozit hesabı açmaq imkanı təklif edib.

Şirkətdən verilən açıqlamada, təklif edilən yeni xidmət çərçivəsində müştərilərin yüzdə 4,15 faiz gəliri əldə edə biləcəyi bildirilib.

Apple Cash kartı ilə asanlıqla pul çıxarın

Həmçinin bildirilib ki, istifadəçilər minimum depozit və ödəniş tələbi olmadan öz əmanət depozit hesablarını birbaşa “Apple Wallet” proqramında asanlıqla qura və idarə edə, proqram vasitəsilə hesab qalıqlarını və qazandıqları faizləri asanlıqla izləyə bilərlər.

Açıqlamada, istifadəçilərin istənilən vaxt, heç bir komissiya olmadan, əlaqəli bank hesabına və ya Apple Cash kartına köçürməklə pul çıxara bildikləri bildirilib.