USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu şəxslər maaşdan əlavə 600 manat alacaqlar - VİDEO

19.04.2023 İqtisadiyyat
24 2
Qarabağ və Şərqi Zəngəzurda çalışmaq istəyənlər müxtəlif güzəştlərdən yararlanacaq.

Qanunvericiliyə edilən dəyişikliyə görə bu ildən etibarən yeni imtiyazlar müəyyənləşib.

Belə ki, işğaldan azad edilən ərazilərdə çalışacaq işçilərin son 5 ildə ən azı 2 il təcrübəsi varsa, birdəfəlik 600 manat müavinət alacaqlar. Bununla yanaşı gəlir vergisi, sosial sığorta ödənişlərindən də azad ediləcək.

Millət vəkili Vüqar Bayramov itv-yə bildirib ki, bu imtiyazlar vətəndaşların əmək haqlarında artımların olmasına şərait yaradacaq.