USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qara dəniz taxıl müqaviləsi təhlükə altındadır

19.04.2023 İqtisadiyyat
8 14
Ukraynanın baş nazirinin müavini Yuliya Svırıdenko dünən bildirib ki, Qara dəniz taxıl müqaviləsi dayanmaq təhlükəsi ilə üz-üzədir.

Kommersant.az xəbər verir ki, Svırıdenko Varşavada keçirdiyi mətbuat konfransında deyib: “(Sazişin) dayandırılma təhlükəsi var və Rusiya yenidən gəmilərin yoxlanmasını əngəlləyib”.

Svırıdenko, "Bizim üçün keçidlərə maneələrin aradan qaldırılması son dərəcə vacibdir, əks halda Ukrayna blokadada qalacaq. Biz tərəfdaşlarımıza və Rusiyaya bu vəziyyətdən istifadə etmək imkanı verə bilmərik" dedi.

Rusiyanın RİA xəbər agentliyində yer alan xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı və Ukraynanın gəmilərin yoxlanılması və yeni gəmilərin qeydiyyatı məsələsində çətinlik çəkdiyini bildirir.

  • Əvvəlki

    Macarıstan Ukraynaya qadağanı genişləndirdi

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0