USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BRİKS-ə qoşulmaq üçün 19 ölkə müraciət edib

25.04.2023 İqtisadiyyat
28 9
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS ittifaqına 19 ölkənin qoşulmaq üçün müraciət etdiyi bildirilir.

Kommersant.az xəbər verir ki, BRICS Cənubi Afrika nümayəndəsi Anil Sooklal Bloomberg-ə bildirib ki, artıq 19 ölkə birliyə qoşulmaq üçün müraciət edib.

BRICS ölkələrinin nümayəndələrinin genişlənmə strategiyasını qiymətləndirmək üçün iyunun 2-3-də Cənubi Afrikanın paytaxtı Keyptaunda görüşəcəklərini xatırladan Sooklal, "13 ölkə rəsmi, 6 ölkə də qeyri-rəsmi müraciət edib", ifadələrindən istifadə edib.

İyun ayında keçiriləcək görüşdə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın xarici işlər nazirlərinin iştirakının təsdiqləndiyini bildirən Sooklal, “İclasda BRİKS-in genişlənməsi və bunun necə olacağına dair üsullar müzakirə olunacaq” deyib.

Sooklal üzvlük üçün müraciət edən ölkələr haqqında ətraflı məlumat verməyib.

Xatırladaq ki, 2006-cı ildə yaradılmış BRIC (Braziliya, Rusiya, Hindistan və Çin) 2010-cu ildə Cənubi Afrikanın müraciətini qəbul edərək BRICS adlandırıldı.