BVF Türkiyənin artım proqnozunu 0,3 bənd azaldaraq 2,7 faizə endirib.
BVF-nin “Avropa Regional İqtisadi Görünüşü” hesabatında Avropanın eyni zamanda inflyasiyanı azaltmaqla iqtisadi artımını qorumaq kimi çətin vəzifə ilə üzləşdiyi bildirilmiş və son dövrlərdə müşahidə olunan azalmaya baxmayaraq, regionda inflyasiyanın hələ də davam etdiyi qeyd edilib.
BVF-nin hesabatında Avropanın bu il üçün iqtisadi artım proqnozunun 0,2 bənd artırılaraq 0,8 faiz, 2024-cü il üçün isə 0,3 bənd artırılaraq 1,7 faiz olduğu bildirilib.
Hesabatda ötən ilin yarısında Avropada inflyasiyanın ev təsərrüfatlarının gəlirlərini azaldaraq artımı azaltdığı bildirilərkən, bu sahədə enerji qiymətlərinin azalması ilə tənəzzülün qarşısını almağın mümkün olduğu vurğulanıb.