USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birlik sədri alıcıları diqqətli olmağa çağırdı - Bu halla qarşılaşarsınız…

16.05.2023 İqtisadiyyat
13 10
“Hər ilin aprel may ayında satışda belə vaxtı keçmiş yumurtalara rast gəlinir”

Kommersant.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspert qeyd edib ki, təəssüf ki, belə hallar hələ də var:

“Yumurtaların da digər mallar kimi saxlanma müddəti, şəraiti var. Təəssüflər olsun ki, marketlərdə bəzən bu cür markalar altında sıradan çıxmış yumurtalar görürük. Xüsusən bu hal aprel və may aylarında daha çox olur. Çünki bu aylarda yumurtanı inkibatora verirlər, iki gündən sonra bilinir ki, yumurtaların hansı inkibator üçün istifadəyə yarayır. Lazımsız yumurtaları geri qaytarırlar. Bəzən də belə yumurtalar satışa çıxır”.

Eyyub Hüseynov deyir ki, insan sağlığı üçün ən faydalı yumurtanın istifadə müddəti 7 gündür:

“Əhali bilməlidir ki, yumurtalar dietik yumurta və mətbəx yumurtası olmaqla iki yerə bölünür. Ən xeyirli yumurta 7 gün ərzində istifadə olunanlardı. Bundan sonra yumurtalar mətbəx yumurtası adlanır”.

Birlik sədri qeyd edib ki, bu hal ilə rastlaşan müştərilərin şikayət etmək hüquqları da var:

“Alıcının nəinki yumurtanı, xarab olan hər məhsulu xarab çıxdığı halda qaytarmaq hüququ var. Onlar bu hal ilə qarşılaşarsa, mütləq 1003 Qaynar xəttinə zəng edərək Qida Təhlükəsizlik Agentliyinə məlumat verməlidirlər. Söhbət yumurtadan gedirsə, yumurtaları satan və istehsal edən tərəf AQTA tərəfindən cərimələnməlidir. Yumurtalar da markalanmalı, onun üzərində buraxılış tarixi, son yararlılıq tarixi olmalıdır. Təəssüf ki, bütün firmalar bu qaydaya əməl etmir. Alıcılar da diqqətli olmalıdır. Markalanmış yumurta almalı, üzərindəki koda fikir verməlidir. Məsələn 0 kodu onun azad toyuqlardan əldə olduğunu bildirir. 1 kodu müəyyən dərəcədə qapalı, yəni həm də hava ilə təmasda olan şəraitdə olan toyuqlardan olduğunu göstərir və s. Ona görə də diqqətli olmaq lazımdır”.

  • Əvvəlki

    “Bakıda ictimai nəqliyyat pulsuz olsun” - TƏKLİF

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0