USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada durmadan artan düyü qiymətləri - "Azərbaycan üçün nəticə dəyişməyəcək"

18.05.2023 İqtisadiyyat
0 0
“Pakistandan düyü idxal edilməsi ölkədə düyü qiymətlərinin artmasına bir o qədər də təsir göstərməyəcək”.

Kommersant.az -a bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bütün dünyada düyünün qiymətində edilən artmın ölkədə düyü qiymətlərinə təsiri haqqında danışarkən deyib.

İqtisadçı qeyd edib ki, Azərbaycan əsasən düyünü idxal edir:

“Bu idxal 70 faizə qədər, ümumilikdə 40 min tondur. Rusiya, Türkiyə, İran, Hindistan, Tayland və Qazaxıstandan Azərbaycana düyü idxal olunur.Hazırda Hindistan düyü ilə bağlı ixracata müəyyən məhdudiyyətlər qoyub”.

Eyyub Kərimli bildirib ki, Prezidet tərəfindən müvafiq sərəncam imzalanıb:

Sərəncama əsasən Pakistandan ixrac olunan düyü 15% düyü rüsumundan azad olunacaq. Düşünürəm ki, bu ölkədə düyünün qiymətinin artmasının qarşısını alacaq və Pakistandan ölkəmizə düyü ixracatının həcmi daha da böyüyəcək”.

Ölkədə çəltikçiliyin inkişafı üçün hansı şərait yaradılmalıdır sualına cavab olaraq iqtisadçı bildirib ki, 2018-2025-ci illəri əhatə edən dövlət proqramı qəbul edilib:

“Bu proqramda düyü əkini ilə bağlı fermerlərə stimullaşdırıcı tədbir kimi hər hektara 360 manat vəsait ödənməsi nəzərdə tutulub. Ölkədə düyü əkini sahələrinin 10 min hektara qədər artırılması nəzərdə tutlub. Bu hələki bir o qədər effekt verməyib, ölkədə cəmi 3000 hektara yaxın düyü əkilir. Lakin ölkəmizdə düyü əkini üçün müvafiq iqlim şəraiti də uyğun deyil. Çünki düyü daha çox yağıntılı bölgələrdə yetişdirlir. Bunun üçün hesab edirəm ki, həm yeni irreqasiya sistemlərinin qurulması da əsas məsələlərdən biridir. Suvarma sistemlərinin təkmilləşdirlməsi, burada əsasən beynəlxaql təcrübənin tətbiq edilməsinə daha geniş şərait yaradılmalıdr. Lakin dövlət tərfindən həyata keçirlən proqram öz bəhrəsini verir. Hesab edirəm ki, 2025-ci ilə qədər ölkədə düyü istehsalı genişlənəcək və idxal azalacaq”.

  • Əvvəlki

    BMT qlobal istiləşmə ilə bağlı xəbərdarlıq edir - Azərbaycanı nə gözləyir?

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0