"iPhone"lar bahalaşdı

13.07.2018 İqtisadiyyat
İqtisadi qarşıdurmalar öz təsirini göstərməyə başlayıb.

"Kommersant" xəbər verir ki, valyuta bazarında qiymətlər artdıqdan sonra bütün diqqət telefon bazarına yönəlib. Texnologiya nəhənglərindən sayılan "Apple" keçən il satışa çıxardığı ağıllı telefonların qiymətini 20% artırıb.

Qiymət artımı xüsusən "iPhone X" və "iPhone 8" modellərində hiss olunur. Amma "Macbooklar" da artımdan zərər görən məhsullar sırasındadır.