USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyə Ərəbistanından qərar

05.06.2023 İqtisadiyyat
11 5
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman ölkəsinin iyul ayı üçün gündəlik neft hasilatını könüllü şəkildə əlavə olaraq 1 milyon barel azaldacağını və vəziyyətdən asılı olaraq bu azalmanın uzadıla biləcəyini bildirib.

Kommersant.az xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 OPEC üzvü və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin enerji və neft nazirlərinin Avstriyanın paytaxtı Vyanada bazar vəziyyətini qiymətləndirmək üçün bir araya gəldiyi 35-ci OPEC və qeyri-OPEC Nazirlər Toplantısı baş tutub.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman görüşdən sonra verdiyi açıqlamada, tərəflər arasında "görünməmiş" razılaşma ilə bazarın daha ədalətli, görünən və şəffaf olacağını bildirib.

Ölkəsinin iyul ayında gündəlik 1 milyon barel əlavə hasilatı könüllü olaraq kəsəcəyi ilə bağlı məlumatı paylaşan Bin Selman, vəziyyətdən asılı olaraq əlavə azaltma qərarının uzadılacağını bildirib.

Sözügedən iclasda alınan qərarlarla bağlı OPEC-dən verilən yazılı açıqlamada, OPEC+ ölkələrinin bu ilin sonuna qədər gündəlik hasilatın azaldılmasında heç bir dəyişiklik etməyəcəyi, bütün üzv ölkələrin gündəlik neft hasilatını bu səviyyədə saxlayacağı bildirilib.

Açıqlamada, Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) neft bazarındakı cari hadisələri qiymətləndirmək üçün iki aydan bir toplanacağı, 36-cı OPEC və qeyri-OPEC Nazirlər Görüşünün isə 26 Noyabr 2023-cü ildə keçiriləcəyi paylaşılıb.

  • Əvvəlki

    Goldman Sachs-dan yeni kabinetdən sonrakı məzənnə proqnozu

Digər xəbərlər

01.05.2024 İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirdi
0 0
01.05.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
01.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0