USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ECB prezidenti Laqarddan "inflyasiya" xəbərdarlığı

05.06.2023 İqtisadiyyat
49 15
ECB prezidenti Laqard bildirib ki, inflyasiya təzyiqləri yüksəkdir və əsas inflyasiyanın pik həddə çatdığına dair heç bir konkret dəlil yoxdur.

Kommersant.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avropa Parlamentinin (AP) İqtisadi və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən Monetar Dialoq sessiyasında çıxış edib.

Avro Bölgəsində iqtisadi artımın 2023-cü ilin əvvəlində demək olar ki, dayandığını ifadə edən Laqard, iqtisadi fəallığın enerji qiymətlərindəki azalma, tədarük darboğazlarının yumşaldılması və fiskal siyasətlərlə dəstəkləndiyini ifadə etdi.