USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch Solutions-dan Türkiyə üçün 'inflyasiya' proqnozu

06.06.2023 İqtisadiyyat
20 10
Fitch Solutions təşkilatı olan BMI Research Country Risk Europe rəhbəri Anwita Basu, Türkiyədə inflyasiyanın bir müddət 35-40 faiz bandında qaldıqdan sonra sürətlənəcəyini gözlədiklərini ifadə edərək, "İnflyasiyanın 2010-cu il səviyyəsinə qədər azalacağını proqnozlaşdırırıq" dedi.

Kommersant.az xəbər verir ki, Anadolu Agentliyinə (AA) danışan Basu, yaxın bir neçə ayda Türkiyədə pul siyasətində sərtləşmə gözlədiklərini bildirib.

Türkiyədə bundan sonra sərt pul siyasəti ilə bağlı proqnozlarının ümumi gözləntilərlə üst-üstə düşdüyünü ifadə edən Basu, ilin ikinci yarısından etibarən inflyasiyanın azalmasının daha da sürətlənəcəyini təxmin etdiklərini qeyd edib.

Hazırda yüzdə 40 olan inflyasiyanın bir müddət 35-40 faiz bandında qaldıqdan sonra enişini sürətləndirəcəyini təxmin etdiklərini ifadə edən Basu, “İnflyasiyanın 15-20 faiz bandına düşəcəyini proqnozlaşdırırıq. Bunun əsas səbəblərindən biri də bu ilin ikinci yarısında türk lirəsinin dəyər itirməsidir: Bir qədər ucuzlaşma olacaq, amma bu ucuzlaşmanın idarə oluna biləcəyini düşünürük" deyib.

  • Əvvəlki

    “Apple” məhsulları bahalaşıb

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0