USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samir Şərifov: "AZAL-ın hesabında subsidiyanın qalıq kimi qalmasında qəbahət yoxdur"

06.06.2023 İqtisadiyyat
30 19
Maliyyə naziri Samir Şərifov AZAL-a verilən subsidiyanın onun hesabında saxlanılması məsələsinə aydınlıq gətirib.

Kommersant.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, subsidiya bir neçə halda verilir.

“Subsidiyalar ayrılan şirkətlər tərəfindən mütləq şəkildə istifadə olunmalıdır deyə tələb yoxdur. AZAL-ın hesabında bu subsidiyanın qalıq kimi qalmasını qəbahət kimi görmürük. Bizdə olan məlumata görə, AZAL-ın hesabında il sonunda 8,3 milyon manat qalıq qalmışdı”, deyə o bildirib.

  • Əvvəlki

    Neft qiymətlərinə "qlobal" təzyiq

Digər xəbərlər