USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Texnologiya nəhəngi IAS yeni məhsullarını təqdim etdi

07.07.2023 İqtisadiyyat
25 9
Sənaye 4.0 vizyonunu bütün mərkəzlərində eyni vaxtda müştərilərinə çatdırmağı hədəfləyən IAS IoT, IAO və caniasERP-nin ən son versiyası olan 9.03 sahəsindəki yeniliklərini müştərilərinə çatdırdı.

Kommersant.az xəbər verir ki, sənaye 4.0 vizyonunu dünyanın bütün mərkəzlərində eyni vaxtda müştərilərinə çatdırmağı hədəfləyən IAS bu il ilk tədbirini Almaniyada keçirdi. Köln turunun müşayiəti ilə gəmidə keçirilən Almaniya tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. IAS IoT, IAO və caniasERP-nin ən son versiyası olan 9.03 sahəsindəki yeniliklərini müştərilərinə çatdırdı.

IAS Avropa Əməliyyatları üzrə vitse-prezidenti Kürşad Karaman, "Almaniya tədbirində ən son versiyamız canias 9.03 və bir çox ölkədə geniş şəkildə istifadə olunan IoT həllərimizi təqdim etmək fürsəti əldə etdik" dedi.

Türkiyədə də oxşar tədbirlər planlaşdırdıqlarını müjdələyən IAS Qlobal Marketinq Meneceri Ahu Arslan, “Əvvəlki illərdə olduğu kimi bu il də ilk məqsədimiz müştərilərimizlə daha tez-tez bir araya gələrək onları bütün yeniliklərdən xəbərdar etməkdir" deyib.