USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Koç Holdinq"in Azərbaycandakı şirkətinin lisenziyası - LƏĞV EDİLDİ

11.07.2023 İqtisadiyyat
25 13
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 8 fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verilən lisenziyalar ləğv edilib.

Kommersant.az xəbər verir ki, lisenziyalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında ləğv edilib.

Sığorta lisenziyası ləğv edilən şirkət Azərbaycanda avtomobil kirayəsi ilə məşğul olan “Otokoç Azərbaycan” MMC-dir (VÖEN – 1700234011).

Qeyd edək ki, Türkiyənin aparıcı şirkətlərindən “Koç Holdinq”ə bağlı olan “Otokoç Azərbaycan” MMC 15 aprel 1997-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 4,5 milyon dollar olan MMC-nin qanuni təmsilisi Kerem Demirdir.//Yeniavaz

  • Əvvəlki

    Rusların bankı müştərilərini məhkəməyə verir

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0