USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin və Ethereum üzrə cari proqnozlar və təhlillər

17.07.2023 İqtisadiyyat
0 0
Ən böyük kriptovalyutalardan biri olan Bitcoin, keçən həftə 2023-cü ilin zirvəsini gördü. Bu həftə isə 29.350 dollar səviyyələrində olacağı gözlənilir. Ethereum isə 1885 dollar səviyyəsini sınaqdan keçirə bilər.

Kommersant.az xəbər verir ki, Ripple işində verilən qərardan sonra 31 400 dollar səviyyəsini sınaqdan keçirən Bitcoin keçən həftə 31 000 - 31 500 dollar səviyyəsində gedən mübarizədən imtina edib.

Bitcoin yeni həftəyə 30 250 dollar, Ethereum isə 1930 dollar səviyyəsində başlayıb.

Ötən həftəyə damğasını vuran və həftəlik bazda 60 faiz bahalaşan Ripple, 0,75 dollar bölgəsində alıcı tapır.