USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnfilyasiya qarşı bu tədbirlər planı öz nəticəsini verə biləcək?

19.07.2023 İqtisadiyyat
11 3
Kommersant.az məsələni Xalid Kərimli ilə müzakirə edib.

İqtisadçı bildirib ki, son müşavirədə Prezident bir çox uğurlardan bəhs elədi, lakin ən böyük problem kimi inflyasiyanı qeyd elədi:

“İnflyasiyanı qeyd edəndə də çox maraqlı bir fikir söylədi ki, inflyasiyanın səbəbləri arasında obyektiv səbəblər olsa da, eyni zamanda subyektiv səbəblər də var.

Əslində bu subyektiv səbəbləri qeyd eləməklə, biz güman elədiyimiz məsələləri ən yüksək səviyyədə elan elədi ki, prezidentin də məlumat mənbəyi daha dəqiq və genişdir”.

İqtisadçı qeyd edib ki, bunun ardınca komissiyanın təşkili, inflyasiya ilə əlaqədar tədbirlərin gücləndirilməsi məsələsi müəyyən nəticələr verəcək:

“Amma burada əsas məsələ subyektiv amillərdə süni qiymət qoyan inhisarçıların nəzarət altına alınmasıdır. Faktiki olaraq ölkədə minlərlə, on minlərlə mağaza dükan olsa da, bunlara mal gətirib paylayan bir neçə qrupdur və bunların da demək olar ki, hamısı bir-biri ilə əlaqəli adamlardır. Müxtəlif şirkətlərin adı ilə gətirsələr də hamısı bir əldə toplanır və bu inhisarçılar insanlar üzərində nəzarət formalaşmalıdır”.

“Azərbaycanda rəqabət qanunvericiliyi indiyə qədər qəbul edilməyib. Düşünülür ki, rəqabət qanunvericiliyi qəbul edilsə, hər şey toy, bayram olacaq. Bizim bütün problemlərimiz həll olunacaq. Xeyr, Rəqabət Məcəlləsi həm qəbul edilməli, həm də effektiv surətdə tətbiq edilməlidir ki, problemlə rastlaşmayaq”, - deyə ekspert əlavə edib.

Xalid Kərimlinin sözlərinə görə, anti-inhisarlarla mübarizədə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Komitəsi demək olar ki, qeyri effektiv fəaliyyət göstərir:

“Yəni burada inhisarçıların effektiv müəyyənləşdirilməsi, onların qiymət qoyması üzərində nəzarətin formalaşdırılması, birbaşa olaraq İqtisadiyyat Nazirliyinin bazar iqtisadiyyatı tənzimlənməsi funksiyasıdır. Hələ bunu effektiv icra edə bilmir. Ya bacarmır, ya təşkil eləmir, ya da monopolislərdən, oliqarxlardan qorxur. və bu məsələlər əsas həll edilməli məsələlərdir. Bunlar həll olunmasa, hansısa komissiya, işçi qrupu nəyəsə nail olunmayacaq, nəyisə təhlil eləyib və yaxud hesabatlarla buna nail olunmayacaq”.

Müsahibimiz son olaraq əlavə edib ki, ümumiyyətlə, dünyada inflyasiya prosesləri ləngiyir və Azərbaycanda da getdikcə ləngiyəcək:

“ Amma faktiki olaraq bu prosesdən faydalanan monopolistlər üzərində nəzarət effektiv təşkil eləməsələr, gələcəkdə də bu problemlərlə rastlaşacağıq”.