USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda da ƏDV faizləri artırılsın?

19.07.2023 İqtisadiyyat
13 71
“Türkiyə büdcəsində son məlumatlara görə, 100 milyard lirədən çox çatışmazlıq var. Büdcəni doldurmaq üçün isə vergilərin və gömrük rüsumlarının artırılması ən asan və tətbiq olunan alətdir”.

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli, “Türkiyədə ƏDV-nin faiz dərəcələri artırıldı, Azərbaycanda da ƏDV-nin faizi artırıla bilərmi” sualına cavab verərəkən deyib.

“Türkiyə hökuməti də bu alətdən istifadə elədi. Azərbaycanda buna ehtiyac yoxdur. Çünki bizim büdcədə dörd milyarda yaxın profisit var. Əgər bizdə büdcədə artıq pullar yığılırsa, vergi və gömrük rüsumlarının artırılmasına yox onun aşağı salınmasına ehtiyac var. Ölkədə infilyasiya ilə mübarizə aparmaq effekt versin. Ərzaq məhsullarında, dərman preparatlarından əlavə dəyər vergisinin 18 faiz dən, heç olmasa iki faiz endirilməsinə ehtiyac var. Bu zaman infilyasiyaya da müsbət təsir göstərəcək, qiymətlərin aşağı düşməsinə də şahid olacağıq. Büdcəyə də ziyan olmayacaq”.

Ekspert deyir ki, büdcədə 4 milyarda yaxın olan pulu harasa yönləndirməyə ehtiyac var:

Artıq vəsait varsa bundan əhalinin güzəranının yaxşılaşdırılmasına təsir üçün qiymətlərin ucuzlaşmasında istifadə etmək lazımdır”.

“Büdcədə əlavə yığılan pulu hara istifadə etmək daha doğru olar” sualına cavab verən iqtisadçı bildirb ki, iyun ayında büdcəyə əlavə və dəyişiklik olundu və bu vəsaitdən işğaldan azad olmuş torpaqların və komunikasiyaların qurulmasına ayrılan vəsaitin artırılması üçün 1.5 milyard manat ayrıldı:

“Təxminən yarım milyarda yaxın vəsaitdə büdcənin təhlükəsizlik hissəsinə yönəldildi. Ordunun, təhlükəsizlik qüvvələrinin saxlanılmasına və maddi bazalarının yaxşılaşdırılmasına yönəldildi. Zaman-zaman hökumət bu vəsaitləri müəyyən hissələrə yönləndirir. Əgər bizdə büdcədə profisit varsa, əlavə gəlirlərə ehtiyac yoxdu. Sosial layihələrə, əhaliyə müsbət təsir edəcək layihələrə ehtiyac var”.

  • Əvvəlki

    İnfilyasiya qarşı bu tədbirlər planı öz nəticəsini verə biləcək?

Digər xəbərlər

01.05.2024 İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirdi
0 0
01.05.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
01.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0